Əsas məzmuna keç

Qiymətlər

Sadə və şəffaf qiymətlər

Treki seçin, uyğun lisenziyanı alın və dərhal istifadə edin.

Fərdi trek lisenziyası

Layihələriniz üçün trekləri tək-tək lisenziyalayın

Free

Pulsuz Lisenziya

Pulsuz

  • Format: Yalnız,mp3 formatda!
  • İstifadə sahəsi: Yalnız, qeyri-kommersiya, şəxsi və ya sınaq məqsədli media layihələrində istifadə edilə bilər
  • YouTube və Sosial Media: Videolarda ödənişsiz istifadəyə icazə verilir.(təsvir hissəsində musiqi müəllifinin və platformanın adını qeyd etmək şərtilə)
  • Müəllif hüququ: Müəllif adı mütləq qeyd edilməlidir
  • Məhdudiyyətlər: Bu musiqinin müəllifliyini mənimsəmək, üzərində dəyişiklik edərək öz adına çıxarmaq, qlobal rəqəmsal platformalarda (Spotify, Apple Music və s.) yaymaq, və ya, yenidən satmaq qəti qadağandır!
Kataloqa keç

Basic

Əsas Lisenziya

$10.00-dan

  • Format: Standart Mp3
  • İstifadə sahəsi: Kiçik miqyaslı fərdi layihələr, müstəqil oyunlar, sosial media çarxları və təhsil xarakterli videolar üçün nəzərdə tutulub
  • Yayım məhdudiyyəti: Yayım hüququ daxil deyil
  • Musiqinin TV, Radio və ya rəsmi kinoteatr şəbəkələrində yayımlanması qadağandır!
  • Müəllif hüququ: Layihənin titrlərində və ya təsvirində müəllifin (bəstəkarın) adı mütləq qeyd olunmalıdır
  • İstifadə limiti: Maksimum 5,000 rəqəmsal dinləmə, baxış və ya layihə satışı limiti ilə məhdudlaşır
  • Ötürülmə: Lisenziya,yalnız,musiqini alan şəxsə,və ya, şirkətə aiddir; üçüncü tərəfə ötürülə və ya yenidən satıla bilməz!
Kataloqa keç
Populyar

Premium

Premium Lisenziya

$40.00-dan

  • Format: Yüksək keyfiyyətli WAV + MP3
  • İstifadə sahəsi: Kommersiya layihələrində, korporativ brend reklamlarında, YouTube monetizasiyasında, müstəqil filmlərdə və qlobal rəqəmsal kampaniyalarda tam istifadə hüququ təqdim edir
  • Yayım hüququ: Rəqəmsal media və yerli radio/TV yayımına icazə verilir
  • Müəllif hüququ: Peşəkar layihələrdə və kommersiya kontentlərində bəstəkarın müəlliflik adı qeyd olunmalıdır!
  • İstifadə limiti: Maksimum 100,000 rəqəmsal dinləmə, baxış və ya endirilmə limiti mövcuddur
  • Alt lisenziya: Musiqinin mülkiyyət hüququ platformada qalır; layihədən müstəqil şəkildə sublisenziya verilə bilməz!
Kataloqa keç
Eksklüziv

Exclusive

Eksklüziv Lisenziya

$120.00-dan

  • Format: WAV + MP3 + Master Səs Sənədləri (Stems) Hüquq növü
  • İstifadə sahəsi: Böyük büdcəli kinoteatr filmləri, seriallar, milli və qlobal miqyaslı TV reklam kampaniyaları və AAA oyun layihələri üçün tam kommersiya azadlığı təmin edir
  • Müstəsnalıq: Satın alındıqdan sonra trek Musical.az platformasından və ümumi satışdan tamamilə silinir
  • Bu trek birdə heç bir alıcıya satıla bilməz
  • Səs mühəndisliyi: Trekin bütün təkli səs kanalları (stems: solo tar, kamança, perkusiyalar ayrıayrılıqda) alıcıya təqdim olunur ki, montaj zamanı musiqi videoya tam uyğunlaşdırılsın
  • Yayım və Limitlər: Qlobal miqyasda limitsiz yayım, dinləmə, baxış və istifadə hüququ daxildir
  • Heç bir regional, və ya, zaman məhdudiyyəti yoxdur
  • Müəllif adı: Qlobal "Ghost Production" standartlarına uyğun olaraq, layihədə bəstəkarın adının qeyd edilməsi alıcının seçiminə buraxılır (məcburi deyil)
  • Müəlliflik (mənəvi) hüququ bəstəkarın özündə qalsa da, istifadə və yayım üzərindəki bütün müstəsna hüquqlar,tamamilə alıcıya ötürülür
Kataloqa keç

Hansı planın uyğun olduğundan əminsiniz?

Komandamız sizə uyğun həlli tapmağa kömək edə bilər — korporativ və toplu lisenziya üçün bizimlə əlaqə saxlayın.